reklam
“Daçiya” klubu ilə oyun həmişə çətin keçib! – MÜSAHİBƏ
Sportfm.az xəbər saytı

“Daçiya” klubu ilə oyun həmişə çətin keçib! – MÜSAHİBƏ


Azərbaycan yığma komandasının və Moldovanın "Milsami” klubunun sabiq müdafiəçisi Elhad Nəziri Sportfm.az saytına müsahibəsində Avropa liqasının I təsnifat mərhələsində  "Daçiya” ilə qarşılaşacaq "Kəpəz”in şanslarını dəyərləndirib: "Kəpəz” komandasının indi yaxşı heyəti var. Gəncə klubu komanda oyunu oynayır. Mən Moldovada oynadığım vaxtlarda "Daçiya” klubu ilə oyun həmişə çətin və maraqlı keçib. Çox yaxşı futbolçulardan ibarət bir komandadır. Onlar əsasən ikinci mərtəbədə oynamağa çox üstünlük verirlər. İnşallah, sevinən tərəf "Kəpəz” olar. Yəqın ki, "Kəpəz”in məşqçilər heyəti bu komandaya qarşı necə oynamaq lazım olduğunu analiz edəcək”.  Nəziri Budaq Nəsirov və braziliyalı Juninyonun komandanı tərk etməsinə də münasibət bildirib: "Mən düşünürəm ki, əvəzedilməz futbolçu yoxdur, amma komandanı tərk edən futbolçular "Kəpəz”ə uyğunlaşmış futbolçular idi. Onların mövqelərində kimlərin oynayacağını bilmədiyim üçün bir söz deyə bilmərəm. Düzdür,  "Kəpəz”ə çətin olacaq, ancaq futbolda  hər şey ola bilər.  "Daçiya” ikinci görüşü evdə oynadığına görə onların şansları daha çoxdur”. Qeyd edək ki, Elhad Nəziri hazırda Rumıniyanın "Metalul” Reşita klubunun şərəfini qoruyur. 

Oxşar xəbərlər

Julien Ebah "Daçiya"nı hansı hesabla məğlub edəcəkləri bilir - VİDEO
Şəhriyar Rəhimov: "Kəpəz"ə çətin olacaq"
“Daçiya”nın kapitanı: ”Bizim üçün uğurlu nəticə ancaq qələbə ola bilər”
"Daçiya"nın prezidenti: "Məqsədimiz "Kəpəz" səddini keçməkdir"
İyunun 30-da "Kəpəz" meydana çıxmayacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər