Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası donduruldu
Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri üzündən dondurulub.
Sportfm.az xəbər verir ki, bu barədə Report-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik".
Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni komplekslər hissə-hissə açılır".
Oxşar xəbərlər
Nazir idman komplekslərinin rəhbərləri ilə görüşdü
Ölkəmizdəki idman qurğularının sayı açıqlandı - 11 600-ü keçdi
Gəncəli futbolsevərləri sevindirəcək xəbər - Stadion təmir ediləcək
Azərbaycanda daha 4 Olimpiya Kompleksi tikiləcək
Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası