reklam
İkiqat Olimpiya çempionundan ağır ittiham:
Sportfm.az xəbər saytı

İkiqat Olimpiya çempionundan ağır ittiham:"Məni zorladı..." -ŞOK


Fotoda soldan ikinci 

İkiqat Olimpiya çempionu, sabiq gimnast, ukraynalı Tatyana Qutsu sabiq SSRİ yığmasında komanda yoldaşı olmuş belorus Vitali Şerbonu təcavüzdə suçlayıb.

Sportfm.az xəbər verir ki, gimnast özünün sosial şəbəkədi hesabından bunları paylaşıb: "Artıq qorxmuram və deyirəm ki, məni 1991-ci ildə, Almaniyanın Ştutqart şəhərində keçirilən yarış zamanı zorlayıblar. Vitali Şerbo bu qədər illər ərzində öz qorxularımın əsirliyində olmağımın səbəbkarı, monstrdır. Sən artıq məni sındıra bilməzsən". Onun sözlərinə görə, sovet komandasındakı digər idmançılar ona yardım etməyiblər.

"Özümə rəfiqə hesab etdiyim Tatyana Toropova - sənə minnətdaram ki, dayağına, yardımına o qədər ehtiyac duyduğum zaman cəsarətli davranmadın. Rüstəm Şarimov, çox sağ ol ki, dostunu elə müdafiə etdin, mənə, 15 yaşlı balaca qıza yardım etmədin", - ukraynalı gimnast yazıb.

45 yaşlı V.Şerbo 6 dəfə Olimpiya çempionu olub, gimnastika üzrə SSRİ-nin əməkdar idman ustası, 4 dəfə dünya çempionu olmuş şəxsdir.

Oxşar xəbərlər

26 dünya rekordunun sahibi vəfat etdi - İtki
"Məni ittiham edirlər" - Azərbaycanlı olimpiya çempionu
Olimpiya çempionu diskvalifikasiya olundu - Səbəbi açıqlanmadı
"Mən Azərbaycanı qoyub qaçmamışam" - İqor Ponomaryov
Azərbaycanlı idmançılar ABŞ-da 10 qızıl medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər