"Mən Azərbaycanı qoyub qaçmamışam" - İqor Ponomaryov
"Neftçi"nin veteran futbolçusu, futbol üzrə Olimpiya çempionu İqor Ponomaryov mətbuatda onun haqqında yazılanlara münasibət bildirib.
Sportfm.az xəbər verir ki, vaxtilə SSRİ yığmasının şərəfini qorumuş hücumçu öz sosial şəbəkə hesabından onun Azərbaycanı qoyub İsveçə qaçması barədə deyilənlərin həqiqət olmadığını qeyd edib:"Mən jurnalist Natiq Muxtarlının Nazim Süleymanovun 55 illiyinə həsr edilən yazısını oxudum və çox pis oldum. Həmin yazıda o Süleymanovu tərifləməklə yanaşı, məni, digər veteranları və İsgəndər Cavadovu təhqir edir. Mən çox sakit təbiətli insanam, belə olmasaydım SSRİ-nin ən yaxşı penalti vuranı olmazdım. Ancaq bu dəfə səbr kasam daşdı. Mənim İsveçə köçməyim haqqında faktları təhrif edənlərə demək istəyirəm ki, mən Azərbaycanı qoyub ora qaçmamışam. Skandinaviya ölkəsinə məni SSRİ İdman Komitəsi göndərib. Təbii ki, Azərbaycanın İdman Komitəsinin razılığı olmadan Moskva məni İsveçə göndərə biməzdi. Buna görə həmin dövrdə İdman Komitəsi və "Neftçi" klubu böyük pullar alıb. Mən ora azərbaycanlı futbolçu olaraq yollanmışam və çempion olmuşam. Düşünürəm ki, hər kəs istərdi ki, azərbaycanlıfutbolçular ölkəmizi xaricdə layiqincə təmsil etsin. Mən olimpiya çempionu olaraq Azərbaycan futbolunun tarixinə düşmüşəm. Bütün bunlara görə doğma "Neftçi"mə minnətdaram. Oğlum Azərbaycan yığmasının şərəfini qoruyub, özüm isə baş məşqçi olmuşam. Mən Azərbaycanın və"Neftçi"nin adını ucaltmışam".
Qeyd edək ki, Ponomaryov 6 dəfə "Neftçi"nin ən yaxşı bombardiri olub.
Oxşar xəbərlər
İqor Ponomaryova yeni vəzifə verildi - "Sabah"da
"Maradonaya qarşı iki dəfə oynamışam" - İqor Ponomaryov
Ponomaryov qəlyan çəkən futbolçuları nə sayır?
İkiqat Olimpiya çempionundan ağır ittiham:"Məni zorladı..." - ŞOK
İqor Ponomaryovun 57 yaşı tamam olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
3 komanda mərhələ adladı - Azərbaycan Kuboku
-
Fətiyev DÇ-də yarımfinalda
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı
-
"Şəfa" – "Turan Tovuz" matçının hakimləri açıqlandı - Premyer Liqa
-
AFFA-nın limitli MEDİA TURU - Yeni hoqqa, yoxsa ayrı-seçkilik?














Misli Premyer Liqası