Millimiz son turda qələbə qazandı
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində üçüncü oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda meydan sahibi ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizə 3 xalı qazandıran hər iki topu rəqib qapısından Turan Vəlizadə keçirib. XI qrupdan növbəti mərhələyə vəsiqəni özləri üçün artıq təmin edən İrlanidya və Ukrayna milliləri arasında formal xarakter daşıyan oyun isə 2:1 hesabı ilə birincilərin qələbəsi ilə başa çatıb. Beləliklə, XI qrupda İrlandiya 9 xalla ilk pilləni, Ukrayna 7 xalla isə 2-ci pilləni tutub.
Bolqarıstan üzərində qələbə ilə Azərbaycan millisi 3 xalla 3-cü yerdə qərarlaşab. Meydan sahibləri seçmə mərhələni xalsız başa vurublar.
16 oktyabr
XI qrup
Bolqarıstan U-17 - Azərbaycan U-17 - 1:2
Qollar: T. Vəlizadə, 18, (1-0), Nikolov, 45, (1-1), T. Vəlizadə 80+2 (2:1)
Oxşar xəbərlər
Seçmə mərhələni xalsız başa vurduq - Avropa çempionatı
Millimiz seçmə mərhələni xalsız başa vurdu - Avropa çempionatı
Millimiz 4 qol vurdu
İrlandlar 17 yaşlılarımızı 6 dəfə cəzalandırdı
Ukrayna - Azərbaycan oyununun vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası