reklam
Anar Salmanov:”Qarabağ” bu amili nəzərə almalıdır”
Sportfm.az xəbər saytı

Anar Salmanov:”Qarabağ” bu amili nəzərə almalıdır”


Sportfm.az "Qarabağ”ın Çempionlar liqasındakı rəqibi "Düdelanj”ı tanıtmaqda davam edir. Azərbaycan çempionunun rəqibi məlum olduqdan sonra, aydın oldu ki, bu klubun Azərbaycan futbolu ilə yolları kəsişib. Belə ki, 2013-cü ildə Çempionlar liqasında Lüksemburq klubunun Avtriya təmsilçisi "Red Bul Zaltsburq”la ilk matçını həmyerlimiz, FİFA referisi Anar Salmanov idarə edib. Salmanov saytımıza verdiyi açıqlamada bildirdi ki, həmin görüşdə "Düdelanj” çox yaxşı təsir bağışlayıb: "Ev sahibləri oyuna dalbadal təşkil etdiyi hücumlarla başladı. Bunun nəticəsi olaraq, axır ki, rəqibi cəzalandırdılar. Lüksemburq təmsilçisi ilk oyunda 1-0 hesabı ilə qalib gəldi. Həmin görüşdə aşkar kobudluğa görə avstriyalıların bir futbolçusuna ikinci sarı vərəqə verərək meydandan qovdum. Bildiyiniz kimi, bu komanda 2-ci matçda 3-4 hesabı ilə məğlub olmasına baxmayaraq, sonrakı mərhələyə vəsiqə qazanan tərəf oldu. Lüksemburqlular yaxşı, komplektləşmiş komanda təsiri bağışladı. Komandanın yarımmüdafiə xətti güclü idi. Komandamız bu amili nəzərə almalıdır. Lakin buna baxmayaraq, deməliyəm ki, "Qarabağ” bu rəqibi keçəcək. Bunu əminliklə deyirəm. Qurban Qurbanovun komandası Avropada böyük təcrübəyə malikdir”-deyə, Salmanov bildirib. 

Oxşar xəbərlər

"Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibi məlum oldu
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
Çempionlar Liqası: "Qarabağ" üçün Çexiya çempionu
İbrahimoviç “Qarabağ”la oyunda meydana çıxacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər