Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İbrahimoviç “Qarabağ”la oyunda meydana çıxacaq!
Artıq Çempionlar Liqasında ölkə çempionu "Qarabağ”ın rəqibi məlumdur. Sportfm.az saytı Lüksemburq təmsilçisi ilə bağlı maraqlı faktları aşkarlayıb. Daha çox FK "Düdelanj” adı ilə tanınan Lüksemburq təmsilçisinin əsl adı "F 91 Düdelanj”dır. Müxtəlif adlarla 11 dəfə Lüksemburq çempionu olan komanda şəxsi bazaya sahib deyil. 91 rəqəmi klubun adında təsadüfi deyil, belə ki, klub məhz həmin ildə üç kollektivin birləşməsi sayəsində təsis edilib. Yarandığı gündən kiçik ölkənin əsas komandalarından birinə çevrilən "Düdelanj” həm də böyük Avropa təcrübəsinə malikdir. 2005-2006-cı ildə Çempionlar liqasında "Zrinski Mostar” səddini keçən "Düdelanj” Lüksemburq futbol tarixində belə uğura imza atan ilk klub olma ünvanının qazanıb. Komanda oyunlarını 2600 azarkeş tutumuna malik "Yos Nosbaum” stadionunda keçirir. Klubun prezidenti Romeyn Şumaxer, baş məşqçisi isə Mişel Lefleşmoandır. Klubun əsas qol silahlarından biri isə bosniyalı Sanel İbrahimoviçdir. Klubun tarixində bədbəxt hadisə də qeydə alınıb. belə ki, 2015-ci ildə komandanın heyətində yer alan Umar Silla adlı futbolçu dünyasını dəyişib. 26 yaşlı Silla məhz Çempionlar liqası çərçivəsində səfərdə Bolqarıstan təmsilçisinə qarşı keçirilən görüşdən sonra özünü pis hiss etdiyini bildirib. Həkimlərə müraciət edən oyunçu cəmi iki gün sonra vəfat edib.
Oxşar xəbərlər
İspanlar uddu, "Qarabağ"ın şansı gətirdi
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atıldı
Çempionlar Liqası: "Qarabağ" üçün Çexiya çempionu
Anar Salmanov:”Qarabağ” bu amili nəzərə almalıdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası