reklam
Vurduqları qol sayılmadığı üçün matçı yenidən oynamaq istəyirlər
Sportfm.az xəbər saytı

Vurduqları qol sayılmadığı üçün matçı yenidən oynamaq istəyirlər


Qana Futbol Assosasiyası (GFA) DÇ-2018-in seçmə mərhələsində Uqanda ilə matçı yenidən oynamaq istəyir.

Sportfm.az xəbər verir ki, qurum bu məqsədlə FİFA-ya müraciət edib.

Uqanda- Qana matçını Daniel Bennett idarə edib. Görüşdə hesab açılmayıb. 94-cü dəqiqədə qonaqlar qol vursa da, referi ofsayd səbəbindən qolu qeydə almayıb. Bu xal itkisi "qara ulduzlar"ı faktiki olaraq dünya çempionatından kənarda qoya bilər.

"Cənab Bennett və onun köməkçiləri 93-cü dəqiqədə Qana millisinin vurduğu qolu hesaba almayıb. Amma epizodun təkrarı qolun qaydalar çərçivəsində vurulduğunu göstərir. Bundan başqa, referi ikinci hissədə Frank Açeamponqa qarşı bariz kobudluğa görə penalti təyin etməyib. Ədalət qələbə çalsın deyə FİFA-dan matçı yenidən oynamaq ehtimalını nəzərdən keçirməsini istəyirik" - federasiya tərəfindən yayılan bəyanatda deyilir.

 

Oxşar xəbərlər

Şəmkirdə hakim "Baku Sportinq"in qələbə qazanmasına imkan vermədi! - FOTO, VİDEO
Etdiyi səhvə görə onu futboldan sildilər
"Qalatasaray" qalmaqallı matçı yenidən oynaya bilər - Müraciət
"Güclü rəqiblərlə qarşılaşmaq istəyirik" - Kevin Medina
UEFA-dan FİFA-ya təklif - "Qaydalar yenidən nəzərdən keçirilməlidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər