reklam
“Şamaxı”da 900-cü qol
Sportfm.az xəbər saytı

“Şamaxı”da 900-cü qol


“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.

Sportfm.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu vurub. O, Misli Premyer Liqasının VII turunun “Zirə” ilə səfər görüşündə (1:1) fərqlənib.

900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən “Şamaxı” ümumi qol sayında yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Qeyd edək ki, ilk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.

Oxşar xəbərlər

"Şamaxı" üçün ikiqat yubiley - Premyer Liqa
Tarixində 400-cü qələbə - Yubiley
"Şamaxı"nın 30-cu böyük hesablı yenilgisi
“Şamaxı” 700-cü oyununu keçirdi
“Şamaxı” 400-cü qoluna imza atdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər