Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Federasiyanın "boğazında qalan sümük" -FOTO
Türkiyə millisinin baş məşqçisi Vinçenso Montellanın gələcəyi ilə bağlı müzakirələr davam edir. İtaliyalı mütəxəssis son nəticələrdən sonra ciddi tənqid olunsa da, hələlik vəzifəsində qalır.
Sportfm.az Türkiyə mediasına istinadən xəbər verir ki, Montellanın komandadan göndərilməməsinin əsas səbəblərindən biri onun müqaviləsindəki maliyyə şərtləridir.
Məlumata görə, Montellanın Türkiyə Futbol Federasiyası (TFF) ilə müqaviləsi 31 iyul 2028-ci ilədək qüvvədədir. TFF müqaviləyə vaxtından əvvəl xitam verərsə, italiyalı mütəxəssisə müqavilənin qalan müddəti və maaşı nəzərə alınmaqla 5 milyon avrodan çox təzminat ödənilməsi gündəmə gələ bilər.
Bildirilir ki, Montellanın illik maaşı 2025-ci ildə imzalanan yeni müqavilə ilə 1,8 milyon avrodan 2,2 milyon avroya yüksəlib. Onun müqaviləsi Türkiyə millisinin 2028-ci il Avropa çempionatında iştirakını da əhatə edir.
İtaliyalı məşqçinin öz istəyi ilə istefa verməsi halında isə belə təzminat ödənişinin nəzərdə tutulmadığı qeyd olunur.
Montellanın taleyi Türkiyənin Fransa və İtaliya ilə oyunlardakı nəticələrindən sonra daha çox müzakirə olunmağa başlayıb. Xüsusilə İtaliyaya 1:4 hesablı məğlubiyyətdən sonra onun istefası ilə bağlı çağırışlar səslənib.
Buna baxmayaraq, TFF üçün müqavilənin maliyyə şərtləri Montellanın gələcəyi ilə bağlı qərarda mühüm amil olaraq qalır.

Oxşar xəbərlər
Montella Türkiyə millisi ilə davam edəcək - AÇIQLAMA
Türkiyə millisini aparan təyyarə təcili eniş etdi
Okan Burukun maaşı artırıldı - 150 faiz
"O, başa düşmür ki, videotəkrara nəzarət edən hakimlər hər şeyi görür"
"Onlar heç ehtiyat oyunçular skamyasında otura bilməzdi!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası