reklam
Sportfm.az xəbər saytı

"O, başa düşmür ki, videotəkrara nəzarət edən hakimlər hər şeyi görür"


İtaliya Hakimlər briqadasının rəhbəri Marselo Niççi "Milan"ın baş məşqçisi Vinçenzo Montellanın videotəkrar sistemi barədə narazılığına münasibət bildirib.

Sportfm.az xəbər verir ki, italiyalı mütəxəsis "Rai" radiosuna açıqlamasında bu mövzuya toxunub.

"Montella başa düşmür ki, videotəkrara nəzarət edən hakimlər hər şeyi görür. Ona atmacalı cavab verməyəcəm. O, futbolun yeni mərhələsinə uyğunlaşmalıdır.

Hər kəs öz uğuruna görə narahatdır. Fikrimcə, sinirli olmaq normaldır. Amma Montellanın komandası qalib gəlsəydi, mətbuat konfransında şikayətlənməzdi. Hakimlik dəyişib. Biz yeni texnologiyadan istifadəni intensivləşdirmək istəyirik. Hər kəs bunun faydalı olduğunu bilir. Amma istənilən vaxt sürpriz meydana çıxa bilir" - Niççi deyib.

Oxşar xəbərlər

Türkiyə millisini aparan təyyarə təcili eniş etdi
"Oyunçular futbola aid hər şeyi göstərdi" - "Sabah"ın baş məşqçisi
“Qurban Qurbanov diktator kimidir” - Dino Ndlovu
"Onun komandasından istənilən şeyi gözləmək olar"
İngiltərə futbolunda videotəkrar sistemindən istifadə olunacaq vaxt açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər