reklam
Millimizin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin heyəti açıqlandı -SİYAHI


Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası noyabrın 28-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu Dabidə start götürəcək Böyük Dəbilqədə iştirak edəcək.
Sportfm.az xəbər verir ki, üç gün davam edəcək yarışa böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu qatılacaq.
“A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev isə ədalət təmsilçiləri arasında yer alacaq.
Azərbaycan millisinin heyəti: Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev, Aslan Kotsoyev (hər ikisi 90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq).
Qeyd edək ki, turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) mübarizə aparacaq.

Oxşar xəbərlər

Avropa çempionatı üçün millimizin heyəti - SİYAHI
Cüdoçularımız Meksikada yarışacaq
Türkiyəyə 9 idmançı ilə yollanırıq - Böyük Dəbilqə
Cüdo yığmamızın “Böyük Dəbilqə” üçün heyəti - SİYAHI
Cüdo millimizin “Böyük Dəbilqə” üçün heyəti - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər