Norveç yığmasının futbolçusu:"Hələ hər şey dumanlıdır"
"Oyuna ciddi hazırlaşmışıq. Güclü təlim-məşq toplanışı keçmişik". Bunu Norveç milli komandasının və İtaliyanın "Palermo" klubunun futbolçusu Haytam Alisami Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
Sportfm.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu sabahkı oyunda qələbəyə ümidli olduqlarını açıqlayıb: "Kiçik zədəlilərin olmasına baxmayaraq, bütün futbolçular oyuna yüksək əhval-ruhiyyədə köklənib. Evdə oynadığımız üçün qələbəyə ümidliyik. İnanıram ki, bizdə hər hər şey alınacaq".
Alisami "Palermo"dakı karyerasının dumanlı olduğunu da dilə gətirib: "Hələ hər şey dumanlıdır. Karyerama aydınlıq gəlməyib. Ümidvaram ki, tezliklə bu məsələyə son qoyulacaq".
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Oxşar xəbərlər
Lars Laqerbek:"Azərbaycan millisi çox yaxşı komandadır"
Robert Prosineçki:"Bizdən revanş almaq istəyirlər"
Öncə Lars Laqerbek, sonra Robert Prosineçki
Norveç - Azərbaycan oyununa maraq aşağı səviyyədədir
Norveç-Azərbaycan oyununun stadionu müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.jpg)




Misli Premyer Liqası