Robert Prosineçki:"Bizdən revanş almaq istəyirlər"
Sportfm.az saytı futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin sentyabrın 1-də səfərdə Norveç yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl report-a müsahibəsinı təqdim edir:
- Milli komandanın hazırlıq səviyyəsindən razısınız?
- Cavid Hüseynovda angina, Ağabala Ramazanovda isə yüngül zədə vardı. Son iki gündə tam heyətlə istədiyimiz proqram üzrə məşq etmişik. Məşqlərdə Hüseynovla Ramazanov da iştirak edib. Bu gün Norveçdə yüngül məşq olacaq. Sabah isə "Ullevaal" stadionunda oyunöncəsi son məşqə çıxacağıq. İndiyədək olan hazırlıq prosesindən razıyam.
- Adətən oyundan əvvəl start heyəti açıqlayırsınız. Artıq indidən beyninizdə "11-lik" formalaşıb?
- Hələ bir məşq də edəcəyik. Onu da gözləyim, sonra tam qərarımı verəcəyəm.
- "Qarabağ"ın Çempionlar Liqasındakı uğurları milli komandanın düşərgəsindəki əhval-ruhiyyəyə təsir edibmi?
- Bu, təkcə milli komanda üçün yox, bütün Azərbaycan üçün müsbət göstəricidir. Hamı sevinir. Sözsüz ki, bu, milli komandada da hiss olunur.
- Norveçlə qarşılaşmada hansı nəticəyə ümid edə bilərsiniz?
- Bizi çətin oyun gözləyir. Norveç son iki matçında Azərbaycanı məğlub edə bilməyib. Ötən seçmə tsikldə səfərdə 0:0 hesablı heç-heçə, bu dəfə isə evdə 1:0 hesablı qələbə əldə etmişik. Sözsüz ki, bizdən revanş almaq istəyirlər. Bilirəm ki, güclü heyətə malikdirlər. Bizi çətin oyun gözləyir.
Oxşar xəbərlər
Robert Prosineçki:"Futbolçularıma güvənirəm"
Robert Prosineçki məğlubiyyətin səbəbini açıqladı
Robert Prosineçki:"Ona 5 dəqiqə şans verəcəyimə ümid edirəm"
Norveç yığmasının futbolçusu:"Hələ hər şey dumanlıdır"
Öncə Lars Laqerbek, sonra Robert Prosineçki
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı









.png)





Misli Premyer Liqası