reklam
EURO 2016-da hansı yığma qalib gələcək? - SORĞU
Sportfm.az xəbər saytı

EURO 2016-da hansı yığma qalib gələcək? - SORĞU


Bu gün Parisdə Fransa-Rumıniya gorüşü ilə EURO-2016 start götürür. 4 ildən bir keçirilən bu turnir azərbaycanlı futbolsevərlərdə səbirsizlikə gözləyir.
Sportfm.az saytı olaraq, bir çox tanınmış jurnalistlər, futbolçular və azarkeşlər arasında sorğu keçirdik. Sorğuda iştirak edənlər iki suala cavab verdilər. Sorğu zamanı maraqlı və ilginc cavablar, sürpriz adlar ortaya çıxdı.
Beləliklə, suallar və verilən cavablarla sizləri tanış edirik. 
1. EURO 2016-da hansı yığma qalib gələcək? 
2. Fransada hansı komandaya azarkeşlik edəcəksiniz? 
Fəxri Məmmədov (İdman Azərbaycan telekanalının əməkdaşı)
1.İtaliya.
2.Finalda İtaliya və Türkiyə qarşılaşarsa o zaman "ay-ulduzlular”ın qalib gəlməsini istərdim, çünki ikinci sualın cavabı Türkiyədir.
Elçin Əlixan (Sportal.az)
1. Çempion ya İngiltərə, ya da Belçika olacaq. Ən çox bu iki millini şanslı sayıram.
2. Türkiyə və Belçika millilərinə azarkeşlik edirəm.
Rüstəm Piriyev (Extratime.echo.az)
1.Finalda Almaniya yığması Fransaya qalib gələcək.
2.İtaliya.
Natiq Muxtarlı (Komanda.az)
1.Avropa çempionatına proqnoz vermək dünya çempionatına proqnoz verməkdən qat-qat çətindir. Ümumiyyətlə, futbolun proqnozu sevmədiyini nəzərə alsaq, durum bir qədər də qəlizləşir. Sözün düzü, mən rəngarəngliyi sevdiyim üçün Avropa çempionatında ənənəvi favoritlərin qalib gəlməsini istəmirəm. Amma bunun üçün ortababların da qabında nəsə olmalıdır. Çox istərdim ki, Fransada Avropanın yeni çempionu olsun. Məsələn, Belçika və ya Avstriya. Elə Ukraynanın da qalibiyyətini alqışlayardım. ancaq reallığı nəzərə alsaq, favorit yenə də İspaniya və Almaniyadır. Fransa ev sahibi kimi üstünlüyuə malikdir. amma bu komandanın oyun stili Zidanın vaxtındakı komandanın oyun stili deyil. Ona görə də güman etmirəm ki, Fransa çempion olsun. 
2.Fransada Türkiyə yığmasına azarkeşlik edəcəm. Bir də istənilən komandanın qələbəsindən pəjmürdə olmayacam, təkcə İtaliyadan başqa. Allah etməsin ki, yenə də anti-futbol qalib gəlsin.
Asəf Zeynallı (Dsport.az)
1. Fransa və ya Almaniyanın çempion olacağını düşünürəm.
2. Azarkeşi olduğum Hollandiya bu çempionatda yoxdur. Ona görə heç bir komandaya azarkeşlik etməyəcəm. 
Sənan Şəfizadə (ATV telekanalının əməkdaşı)
1.Proqnoz vermək çətindir. İspaniya, İtaliya, Almaniya, İngiltərə, Fransa. favoritlər sırasındadı. Fikirimcə, çempion bu komandalardan biri olacaq.
2.İtaliya.
Kənan Paşabəyli (Futbolsevər)
1.Futbola baxandan Hollandiya yığmasına azarkeslik etmişəm. Əfsuslar olsun ki, hollandlar Fransada yoxdurlar...Yəqin ki, bu səfər ruslara azarkeşlik edəcəm. Rus futboluna yaxşı bələd olduğuma görə, ələlxüsus Slutskinin məşqçiliyinə uşaqlıqdan pərəstiş etdiyimə görə, həm də bir sıra xoşladığım futbolçulara görə.Qaldı ki, çempion olacaq komandaya, yəqin Avro 2004-də kimi surpriz olmayacaq.Yenə favoritlər İspaniya, Almaniya və Fransadır.Qalib kimi Türkiyəni görmək istəsəm də, qalib Almaniya olacaq. 
2.Türkiyə.
Səbuhi Musayev (Qaynarinfo.az)
1.Almaniya.
2.Türkiyə, İsveç və Belçikaya ardıcıllıqla azarkeşlik edəcəm.
Əli Həyati (Futbolmedia.az)
1. Favorit kimi Ukrayna və Almaniya yığmalarını şanslı görürəm.
2. Türkiyə.
Gündüz Abbaszadə (CBC Sport telekanalının əməkdaşı)
1.Fransa qalib olacaq deyə düşünürəm. 
2.Azarkeşlik etdiyim bir yığma var. O da İtaliya! Türkiyə özümüzük. Hər bir azərbaycanlı Türkiyə komandasının da uğur qazanmasını istəməlidir.
Rauf  İskəndərov (Premyer.az)
1.İspaniya.
2.Türkiyə.
Amil Yunanov (Sumqayıt FK)
1.Türkiyə
2.Türkiyə
Araz Əhmədov (Sportfm.az)
1.Düşünürəm 12 ildən bir sensasion qalibin olması ənənəsi davam edəcək. Finalda Portuqaliya və Belçika qarşılaşacaq. Belçika kuboku qazana bilər. Sürpriz komanda kimi Avstriya yığmasını görürəm.
2.Təbii ki, Türkiyə yığmasına azarkeşlik edəcəm. 
Firudin Rzayev (Futbolsevər) 
1.Fransa.
2.Türkiyə.
Səmra Əliyeva (CBC Sport telekanalının əməkdaşı)
1. Almaniyanı favorit kimi görmürəm. Qalibin İtaliya və ya ev sahibi Fransa olacağını düşünürəm.
2. Türkiyə millisi xaric, Avropada uşaqlığımdan azarkeşlik etdiyim yığma Almaniyadır.
Sevinc Məmmədova (Futbolsevər)
1. Fikirimcə Almaniya çempion olacaq.
2. İngiltərə millisinə azarkeşlik edəcəm.
Elçin Cəfərov (Azərbaycan qəzeti)
1.Əsas favorit kimi Fransa və Almaniyanı görürəm.
2.Türkiyə.
Mərdan Həsənov (Newsport.az)
1.İspaniya.
2.Türkiyə.
Amal Abuşov (Sport7.az)
1.Portuqaliya.
2.Türkiyə və İspaniya.
Zaur Xudiyev (Apasport.az)
1.Düşünürəm ki, İngiltərə çempion ola bilər. 
2.Ənənəvi olaraq İngiltərəyə azarkeşlik edəcəm. Türkiyə təbii ki, qanımızdadır. Bir də Belçikaya simpatiyam var. O heyət axır ki, nəsə etməlidir. 
Elnur Məmmədli (CBC Sport telekanalının əməkdaşı)
1.Avropa çempionatının favoritləri kimi meydan sahibi Fransa, heyətində xeyli zədəli futbolçusu olsa da, Almaniya və İspaniya yığmalarının adını çəkmək olar. Yeniləşmiş, gənc İngiltərə millisinin də nəyə qadir olduğunu bilmək maraqlı olardı.
2.Bir neçə komanda mənim üçün maraqlıdır. Delle Ali, Keyn, Vardi kimi futbolçuları olan İngiltərə görək, beynəlxalq təcrübənin az olmasını bu yarışda hiss etdirəcəkmi? Gözümüzü açandan gördüyümüz Berezutski qardaşları və İqnaşeviçli müdafiə xəttinə bir daha baxmaq maraqlıdır. Terimin publikaya necə işlədiyini növbəti dəfə görmək istərdim. Və həlledici anda komandanı oyuna kökləmək bacarığını. Konoplyanka və Yarmolenkoya görə Ukraynanın da oyunlarına baxmağa dəyər.
Nuqzar Kvirtiya (AZAL-ın futbolçusu)
1.Fransa.
2.Fransa və İspaniya.
Elçin Cəlilov (Futbolpress.az)
1.Çempionatın favoritləri məsələsinə gəlincə, düşünmürəm ki, azarkeşlik elədiyim milli şanslıdır. Çünki Fransa kimi rəqib xeyli güclənib və motivasiyası çox yüksəkdi. Almaniya daimi favoritdir, ancaq bu dəfə daha güclü heyətlə. İngiltərənin heyəti də nəzərçəkəndir, ancaq bir az ehtimal azdır. Sıralama aparsaq, ən şanslı beş yığmanı belə dəyərləndirərdim: 1. Fransa 2. Almaniya 3. İngiltərə 4. İspaniya 5. İtaliya.  İtaliyanın heyəti zəifdir, ancaq onlar zəif  heyətlə, inanılmayan heyətlə dünya çempionu olublar, müdafiə futbolundan sürpriz nəticələr gözləmək lazımdır. Portuqaliya, Belçika və Türkiyənin isə nəzərləri özünə çəkəcəyini düşünürəm. Futbolçulardan isə İbrahimoviçi böyük həvəslə izləyəcəm. O çox maraqlı personadı.
2.Azarkeşlik elədiyim iki milli var - Argentina, İspaniya. Avropa Çempionatı olduğu üçün, belə çıxır ki, İspaniya yığmasının uğurlarına sevinəcəm. 20 ildir ki, bu yığmanı izləyirəm, futbol tərzini sevirəm və s. 
Arif  İsayev (Sabiq futbolçu)
1.Qalib komanda kimi iki namizədim var Fransa və Belçika.
2.Türkiyə .
Nurlan İbrahimov (Qarabağ FK-nın mətbuat xidmətinin rəhbəri)
1.Fransa daha şanslıdır.
2.İtaliya.
Elgiz Abbasov (PFL-in əməkdaşı)
1.İlk növbədə futbol bayramı münasibəti ilə bütün azarkeşləri təbrik edirəm. Düzdür, 24 komandalı qitə birinciliyinin əleyhinəyəm. Amma istənilən halda, qrup mərhələsi başa çatdıqdan sonra güclü komandaların mübarizəsinə şahidlik edəcəyik. Heyət və meydan amili məsələsini nəzərə alsaq, turnirin əsas favoritlərindən biri Zidanın davamçıları - Fransa yığmasıdır. Zidan olmasa da, çempion ruhunun daşıyıcısı olan baş məşqçiləri var. Fransa ilə yanaşı, Almaniyanın da şansları yüksəkdir. 
2.Sırf azarkeşlik edəcəyim yığma yoxdur. Sadəcə, Türkiyə yığmasının oyunları mənim üçün digər görüşlərdən həyəcanlı keçəcək.
İbrahim Cəfərov (Futbolxeber.az)
1.İtaliya.
2.Azarkeşlik etdiyim yığmalar İtaliya, Türkiyə və Rusiyadır.
İlqar Tağıyev (Het-trik news qəzeti)
1.Qalib adına bir neçə namizəd var, eyni gücdə olduğlarına görə ad çəkməyə çətinlik çəkirəm, amma finala sürpriz komandanın çıxacağını düşünürəm.
2.Türkiyə.
Ulucay Akif (Gənc şair)
1.Almaniya.
2.Türkiyə.
Atanur Cəfərli (SECTOR11 azarkeş qrupunun rəhbəri)
1.Portuqaliya.
2.Türkiyə.
Mehman Suleymanov (Sportnet.az)
1.Fransa.
2.Türkiyə.
Kənan Məstəliyev (Rekord.az)
1.İspaniya.
2.Fransa və Portuqaliya.
Vüsal Mahmudov (Futbolinfo.az)
1.Fransa.
2.İbrahimoviçə görə İsveçə azarkeşlik edəcəm, oyunundan və xarakterindən xoşum gəlir. 
Aydın Bağırov (Qol.az)
1.Favoritim yoxdur.
2.Türkiyə və Ukrayna.
Ruslan Mikayıllı (Azerisport.com)
1. Almaniya.
2. Bizim milli orda yoxdursa, kimə azarkeşlik edə bilərik ki, o biri milli komandamıza. Şükür Allaha bizə iki milli komanda verib - Türkiyə.
Saleh Arslan (Korner.az)
1. Qalib qismində Bundestimi görürəm.
2. Türkiyə, Almaniya və İngiltərə komandalarına azarkeşlik edəcəm. Türkiyəyə azarkeşlik səbəbi bəllidir. Digər ikisi uşaqlıqdan sevdiyim və daim izlədiyim milli komandalardır. "Ay-ulduzlular"ın qrupdan çıxmaq şansı kağız üzərində çox çətin iş kimi görünür. Ancaq türk qardaşlarımız meydanda dişə-diş mübarizə ilə indiyədək çox sevindirib bizi, ümid edirəm, bu dəfə də sevindirəcək. Almaniya və İngiltərənin isə qrupdan çıxmaq şansı yüksəkdir. Məncə, bu iki komandadan biri finaladək irəliləyə biləcək. Digər finalçı isə Fransa ola bilər. 
Elçin Həsənov (İnter PİK-in fan-qrupunun rəhbəri)
1. Portuqaliya.
2. Avropa çempionatında Türkiyə və Portuqaliya millilərinə azarkeşlik edəcəm.
Tural Məmmədli (İdman Azərbaycan telekanalının əməkdaşı)
1. Qalib olmağa namizədlərim çoxdur, ona görə, konkret bir şey deyə bilmərəm.
2. İngiltərəyə və təbii ki, Türkiyəyə azarkeşlik edəcəm.
Tahir Mirzə (Futbol+ qəzeti)
1. Meydan sahibi Fransanı şanslı görürəm
2. Hollandiya  fanatı olduğuma görə heç kimə azarkeşlik etməyəcəm.
Ceyhun Əzizli (Aut.az)
1. Fransa.
2. Türkiyə.
Nəsib Baxşəliyev (KATV telekanalının əməkdaşı) 
1.Fransa. 
2.Türkiyə, Albaniya və İsveç.

Oxşar xəbərlər

Avropa çempionatının favoritləri - SİYAHI
AVRO 2024-ün qrupları bilinir - Türkiyə Portuqaliyaya rəqib oldu - YENİLƏNİB
"Argentina qalib gələcək" - "Kəpəz"in futbolçuları
UEFA reytinqi: Türkiyə, Almaniya və Belçika Azərbaycana qoşuldu
Avropa Liqasının qrupları məlumdur - NƏTİCƏLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər