reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın gəncləri "Napoli"yə məğlub oldu


"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turunda bu gün "Napoli" ilə qarşılaşıb.

Sportfm.az xəbər verir ki, Neapolda keçirilən oyun meydan sahibi komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Kristian Raggioli (4-cü dəq.) və Fransisko Barido (82) vurublar.

Qeyd edək ki, güclü leysan səbəbindən 61-ci dəqiqədə oyun dayandırılıb. Bir neçə dəqiqəlik fasilədən sonra görüşün çexiyalı baş hakimi Dominik Starı oyunun bərpa edilməsi barədə qərar verib.

Əlavə edək ki, 5 oyunun hamısında uduzan "Qarabağ" U-19 komandası 35-ci yeri tutur.

Xatırladaq ki, "Qarabağ" və "Napoli"nin əsas komandaları arasında qarşılaşmanın isə bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlaması nəzərdə tutulub.

Oxşar xəbərlər

"Napoli" - "Qarabağ" matçının hakimləri - Gənclər Liqası
“Qarabağ”ın oyununa təyinatlar açıqlandı
Qurbanov italiyalı jurnalistlər önünə çıxacaq
“Qarabağ”ın gəncləri məğlub oldu - Gənclər Liqası
Azərbaycan təmsilçisi Gənclər Liqasında böyük hesabla uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər