reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" hakimdən şikayət edəcək


"Sumqayıt" Misli Premyer Liqasının 12-ci turunun "Qarabağ"la matçındakı hakim idarəçiliyindən narazı qalıb.

Sportfm.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi bununla bağlı AFFA Hakimlər Komitəsinə şikayət edəcək. Bu barədə klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.

"Sumqayıt"ın etirazı xüsusən iki epizodla bağlıdır. Klub 11-ci dəqiqədə rəqib futbolçu Emmanuel Addaiyə verilən sarı vərəqə qərarından narazıdır. Onlar epizodun qırmızı vərəqə olduğunu iddia edir.

Növbəti etiraz isə Rayan Senhadjinin qırmızı vərəqəsi ilə bağlıdır. "Kimyaçılar" 60-cı dəqiqədə verilən qərarın ağır olduğu fikrindədir.

"Sumqayıt" mövsüm ərzində keçirilmiş digər oyunlarda da komandanın əleyhinə qərarlar verildiyi qənaətindədir. Hakimlər Komitəsinə əvvəlki matçlardakı epizodların da videosu təqdim olunacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. (sportal.az)

Oxşar xəbərlər

"“Sumqayıt”ın futbolçusuna verilən qırmızı vərəqə ağır qərar ola bilər" - Qurban Qurbanov
AFFA Samir Abasova elə cəza verdiki...
"Səbail" AFFA-ya şikayət edəcək - Qərardan narazıdır
Premyer Liqanın intizamlı və intizamsız klubları
"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" - "Kopenhagen" rəsmisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər