reklam
“İmişli”nin futbolçusu əməliyyat olundu
Sportfm.az xəbər saytı

“İmişli”nin futbolçusu əməliyyat olundu


“İmişli”nın futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.

Sportfm.az xəbər verir ki, bu brədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qənbərova qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti sabit və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti ona tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

Oxşar xəbərlər

"İmişli"nin ciddi zədə alan futbolçusu əməliyyat olunacaq
"Turan Tovuz"un oyunçusu Panamada əməliyyat olundu
Marandiçi əməliyyat olunacaq - Açıqlama
"Kəpəz"in futbolçusu əməliyyat olundu
"Sabah"ın futbolçusu əməliyyat olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər