reklam
Sportfm.az xəbər saytı

"Quba" səfərdə 6 qol vurdu -İkinci Liqa


Futbol üzrə Azərbaycan 2-ci Liqasında 6-cı tura start verilib.

Sportfm.az xəbər verir ki, iki günü əhatə edən turun açılış günündə üç oyun baş tutub.

“Göygöl”lə “Ağstafa Gəncləri”nin qarşılaşması qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

“Kür-Araz” evdə “Quba” ilə bacarmayıb. İsmayıl Məmmədovun komandası səfərdən 6 cavabsız qolla 3 xal qazanıb.

Günün mərkəzi görüşündə isə lider “Qaradağ Lökbatan” “Şəmkir”i qəbul edib. Vüqar Nadirovun komandası çətin rəqibindən xal almağa yaxın olsa da, son saniyələrdə penalti qolu ilə məğlub olub - 0:1.

2-ci Liqa, 6-cı tur

“Kür-Araz” – “Quba” - 1:6
Qollar: Ə.İsayev, 45+1 – V.Cəfərov, 28 (pen). 32, 65, S.Ağayev, 36, B.Köçərli, 67, N.Mollayev, 77

“Göygöl” – “Ağstafa Gəncləri” - 1:1
Qollar: E.Rəhimov, 87 – E.Qəhrəmanov, 77

Oxşar xəbərlər

"Şəmkir" uduzdu, "Qaradağ-Lökbatan"dan qələbə
Birinci təsnifat mərhələsinə yekun vurulacaq - Azərbaycan Kuboku
“Qaradağ Lökbatan” – “Xankəndi” matçının vaxtı bilindi
“Sheki City” – “Şəmkir” vaxtı bilindi - II Liqa
“Xankəndi” – “Quba” matçının saatı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər