Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yeni qaydaların tətbiqi müzakirə olunacaq -Premyer Liqa
İngiltərə Premyer Liqasında maliyyə nəzarəti ilə bağlı yeni və sərt qaydaların tətbiqi gündəmdədir.
Sportfm.az xəbər verir ki, 21 noyabr tarixində Premyer Liqa klubları ümumi iclasda yeni maliyyə limitlərinin tətbiqinə səs verəcək.
Müzakirə ediləcək əsas məsələ – klubların oyunçulara maaş, transfer və agent haqları üzrə xərclərini məhdudlaşdırmaqdır. Yeni təklifə görə, bu xərclər liqanın ən zəif klubunun televiziya hüquqları və mükafatlardan qazandığı gəlirin beş qatını keçməməlidir.
Cəza tədbirləri olaraq yeni sistemi pozan klublardan 6 xal silinməsi, üstəlik, hər 6,5 milyon funt sterlinq əlavə xərc üçün əlavə 1 xal silinməsi təklif olunur.
Ötən mövsüm başlamazdan əvvəl bu qayda artıq bir dəfə rədd edilmişdi. Qayda bu mövsüm qüvvədə olsaydı, klubların maksimum ümumi xərci təxminən 550 milyon funt sterlinq təşkil edəcəkdi.
Yeni qaydalara qarşı ən çox narazılıq “Mançester Siti” və “Mançester Yunayted” tərəfindən ifadə olunub.

Oxşar xəbərlər
Bu Premyer Liqa komandası böyük zərərdədi
55 milyon funt-sterlinq ödəməyə hazırdılar
Premyer Liqanı tərk edərək, 100 milyona yaxın gəlir əldə etdilər
İngiltərə Premyer Liqasında yeni rekord
İngiltərə Premyer Liqasında yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası