reklam
14 saniyədə 17 ilin antirekordunu müəyyənləşdirdi
Sportfm.az xəbər saytı

14 saniyədə 17 ilin antirekordunu müəyyənləşdirdi


Misli Premyer Liqasının VI turu Prins Ovusunun erkən qırmızı vərəqəsi ilə əlamətdar olub.

Sportfm.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu “Qarabağ”la səfər oyununun 1-ci dəqiqəsində komandasını azlıqda qoyub.

Bununla da Prins Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün antirekorda imza atıb. 2008-ci ilin yayından indiyədək heç bir futbolçu belə erkən qırmızı vərəqə almamışdı.

Bunadək 17 ilin antirekordu Dedimar Fereyraya məxsus idi. “Kəpəz”in futbolçusu 2017/18 mövsümündə “fərqlənmişdi”. O, 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.

“Zirə”nin futbolçusu Milan Duriç 2017/18, “Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 2023/24 mövsümündə 9-cu dəqiqədə qırmızı vərəqə alıb. Hər iki oyunçu “Kəpəz”ə qarşı matçda cəzalanıb.

Qeyd edək ki, “Qəbələ” səfər matçında “Qarabağ”a 0:2 hesabı ilə uduzub.

Oxşar xəbərlər

"Turan Tovuz"un müdafiəçisindən antirekord
AFFA "Mançester Yunayted"in futbolçusunu cəzalandırdı
"Şəmkir"in futbolçusuna ağır cəza!
"Kəpəz" və "Qəbələ" cərimələndi
Tovuz klubu azarkeşlərinə görə cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər