Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanda oynayan legioner futbolçu - Fikirləşdiyimdən də yaxşıdı
"Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.
Sportfm.az xəbər verir ki, Jezniçak müsahibə zamanı Ağdam klubuna keçidindən danışıb:
"Menecerim Azərbaycandan təklif gəldiyini deyəndə ona bildirdim ki, maliyyə şərtləri çox yaxşı olmalıdı. Demək olar ki, bir gün ərzində qərar verdim. İndiki məqamda da çox xoşbəxtəm, fikirləşdiyimdən də yaxşıdı. Klubun böyük bazası və məhsuldarlığı var. Günəşi sevirəm. Gəldiyim gündən Bakıda yağış yağmayıb. Deyəsən, bundan sonra da yağmayacaq (gülür)”.
Müdafiəçi müsahibə zamanı "Qarabağ”ın niyə təmsil etdiyi Ağdamda yox, Bakıda oynamasına da aydınlıq gətirib:
"Klubun əsası Ağdamda qoyulub. Amma həmin şəhər Azərbaycan və Ermənistan arasında yaşanan müharibə zamanı dağıdılıb. Bakıda da çoxlu fanatlarımız var. Qarşımıza böyük məqsəd qoymuşuq. Çempionlar Liqasının qrupuna düşməyi, həmçinin ölkə çempionu olmağı hədəfləmişik”.(komanda.az)
Oxşar xəbərlər
"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"
Qurban Qurbanov İstanbul nəhənglərinə dəvət göndərdi
İspan məşqçi Qarabağın işğalından danışdı
Kançelskis: "Məmnuniyyətlə Azərbaycanda məşqçi işləyərdim"
“Açıqca etiraf etmək lazımdır ki, “Qarabağ” – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası