reklam
Sportfm.az xəbər saytı

"Milli komanda qarşısında tələb yoxdur" -AFFA-nın baş katibi


Azərbaycan millisinin futbolçuları öz qarşılarına tələb qoymalıdırlar.

Sportfm.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, bu gün İslandiya yığmasına qarşı keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb:

"Yığma üzvlərinin motivasiyaları yüksəkdir. Seçmə mərhələyə yaxşı nəticə ilə başlamaq istəyirik".

AFFA rəsmisi yığmanın səfərə oyundan 3 gün əvvəl yollanmasının baş məşqçi Fernandu Santuşun təşəbbüsü olduğunu vurğulayıb:

"Baş məşqçi ilə danışığımız oldu. O bildirdi ki, daha yaxşı motivasiya olmaq üçün futbolçular səfərə bir qədər erkən getməlidirlər. Və biz də bunu məqbul hesab etdik. Komanda qarşısında tələbimiz yoxdur. Məncə, futbolçular özləri öz qarşılarına tələb qoymalıdırlar".

C.Fərəcullayev AFFA prezidenti Rövşən Nəcəfin yığma üzvləri ilə görüşdüyünü bildirib:

"AFFA prezidenti ilə yığma üzvləri arasında görüş baş tutdu. Rəhbərlik görüş zamanı futbolçuların problemləri ilə maraqlandı. Bu, komandadaxili yığıncaq idi".

Qeyd edək ki, sentyabrın 5-də reallaşacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxşar xəbərlər

Yığmamız İslandiyaya yollandı - FOTO
İslandiya ilə oyun öncəsi Bakıda son məşq - FOTO
Santuş istefaya göndərilməyəcək - AÇIQLAMA
Millimiz Belçikaya yollandı
AFFA rəsmisi seçmə mərhələ oyununda - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər