Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Əfsanələrin kartı rekord qiymətə satıldı -FOTO
Üzərində 6 dəfə NBA çempionu Maykl Cordanın və turnirin 5 qat qalibi Kobe Brayantın şəkilləri, həmçinin imzaları olan kolleksiner kartı “Heritage” hərracında rekord qiymətə - 12,932 milyon dollara satılıb.
Sportfm.az xəbər verir ki, 2007–2008-ci illərdə buraxılmış “Upper Deck Exquisite Collection” seriyasına aid, NBA loqotipləri və Cordanla Brayantın imzalarını daşıyan bu kart 1/1 nömrələnib və idman tarixində ən bahalı kart olub.
Öncəki rekord 1952-ci il Topps Mikkey Mantl kartına məxsus idi - 2022-ci ilin avqustunda 12,6 milyon dollara satılmışdı.
Cordan və Brayant kartı həmçinin idman kolleksiya əşyaları arasında ikinci ən baha predmet sayılır. Birinci yerdə isə 1932-ci il Dünya Seriyasından Bab Rutun “Tackle Shot” yazılı beysbol köynəyi var. Bu əşya təxminən bir il əvvəl 24,12 milyon dollara satılıb.
Qeyd edək ki, Kobe Brayant 2020-ci ildə 41 yaşında təyyarə qəzasında həlak olmuşdu.

Oxşar xəbərlər
Əfsanənin forması rekord qiymətə satıldı - FOTO
Brayantın forması hərracda satıldı - 1,2 milyon dollara
Bir forma 5.8 milyona satıldı
Futbolka 22,4 min dollara satıldı - FOTO
Forması rekord qiymətə satıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası