Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolumuzdan bir Şəhriyar keçdi...
Azərbaycan futbol ictimaiyyəti 2023-cü ilin bu günü acı xəbərlə sarsıldı.
Sportfm.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Şəhriyar Rəhimov avqustun 25-də amansız xəstəlikdən dünyasını dəyişib. Karyerası ərzində yaşıl meydanlarda girdiyi mübarizələrin bir çoxundan qalib ayrılan Şəhriyar, təəssüf ki, xərçəng xəstəliyi ilə bacarmadı. 34 yaşında gözlərini bu dünyaya əbədi yuman Şəhriyar Xırdalan şəhər qəbiristanlığında dəfn olunub.
Rəhimovun “Səbail”dən keçmiş komanda yoldaşı olan Rahid Əmirquliyev onun heç bir mənfi xüsusiyyətinin olmadığını vurğulayıb: “Şəhriyar haqqında ancaq xoş sözlər söyləmək olar. Çox yaxşı futbolçu, gözəl insan idi. Azərbaycan futbolu üçün ağır itki oldu. Karyerasını bitirsə də, futbolun içində idi, “Səbail”də çalışırdı. Azərbaycan futboluna çox fayda verib. Şəhriyarı çoxdan tanıyırdım. Demək olar ki, onunla bütün aşağı yaş qrupları üzrə milli komandalarda çıxış etmişəm. Həmçinin “Səbail”də də neçə il çiyin-çiyinə oynamışıq. Münasibətimiz çox yaxşı idi. Nə qədər ağır olsa da, onun ölümünü qəbul etməliyik. Mən inanmıram ki, kimsə Şəhriyar haqqında mənfi nəsə desin. Ailəsinə və yaxınlarına səbir diləyirəm”.

Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov yeniyetmələrə “ustad dərsləri” keçdi
FİFA və UEFA AFFA-ya başsağlığı verdi
Şəhriyar Rəhimov dəfn olundu - FOTO
Millimizin sabiq futbolçusu dünyasını dəyişdi - 34 yaşında
Şəhriyar Xəlilovun atası: "Onun ümüdi vardı..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası