reklam
Bu klub hər şeyə sıfırdan başlamalı olacaq -
Sportfm.az xəbər saytı

Bu klub hər şeyə sıfırdan başlamalı olacaq -CƏZA


Rumıniya Futbol Federasiyası ölkə çempionatının üçüncü divizionunda çıxış edən "Universitatea Krayova" klubunun hesabından yeni mövsüm başlamazdan əvvəl 94 xal silmək qərarı verib.

Sportfm.az xəbər verir ki, bu barədə "Voetbal International" məlumat yayıb.

Qeyd olunur ki, bu addım futbolçular və məşqçilərə olan ödənilməmiş borclar, həmçinin 2023-cü ildə keçirilən Rumıniya Kuboku oyununa görə Buxarest "Dinamo"suna qarşı maliyyə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır.

Xal silinməsi birdəfəlik tədbir deyil, əvvəlki sanksiyaların davamı kimi tətbiq olunub. Krayova klubuna borclarını 3 sentyabra qədər ödəmək imkanı verilib.

Tələblər yerinə yetirilmədiyi təqdirdə, komandanı bütün turnirlərdən kənarlaşdırmağa qədər gedib çatan yeni cəzalar gözləyir. Klubun son taleyi isə 25 sentyabrda müəyyən ediləcək.

Oxşar xəbərlər

Meydandan yarımçıq çıxan İstanbul klubunu hansı cəzalar gözləyir?
Premyer Liqada yeni qaydalar
“Səbail” – “Krayova” oyununun hakimləri açıqlandı
"Şəmkir" yenidən iddialı klub ola bilər - ÖZƏL
İdman federasiyalarına maliyyə dəstəyi kəsiləcək, əgər...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər