reklam
“Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordu
Sportfm.az xəbər saytı

“Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordu


“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz başlayıb.

Sportfm.az xəbər verir ki, “ağ-qaralar” Premyer Liqanın 2025/26 mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.

Bakı klubu 2023/24 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur.

Paytaxt təmsilçisi bunadək bir dəfə - 2007/08 və 2008/09 mövsümlərində ardıcıl startda xal itirib.

Qeyd edək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

Oxşar xəbərlər

Qriqorçuk gülür, "Neftçi" isə antirekorda imza atır
"Neftçi"nin tarixində bir ilk
Ardıcıl 11-ci qələbə
AZAL-dan ilk
“Qarabağ” rekordun bir addımlığında dayandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər