Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Eto da "çirkli pullara" "bulaşdı" -Cinayət
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto təşkilatdan 600 min dollar oğurlamış ola bilər.
Sportfm.az xəbər verir ki, Federasiyadakı məsul mənbənin sözlərinə görə, Eto “çirkli pullar”ın yuyulmasında şübhəli bilinir. Keçmiş futbolçu 600 min dollar oğurlamış ola bilər. Bu, Kamerun milli komandasının oyunçuları üçün 2023-cü ildə Meksika yığması ilə oyuna görə nəzərdə tutulmuş pul mükafatının məbləğidir. Oyunçular ödənişi almayıblar.
Etoya qarşı Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Ədliyyə Nazirliyinə şikayət edilib. O, 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidentidir. 2024-cü ilin sentyabrında FİFA keçmiş futbolçunun aqressiv davranışı və ədalətli oyun prinsiplərini pozduğuna görə onun Kamerunun kişi və qadın millilərinin oyunlarına girişinə 6 ay müddətinə qadağa qoyub.
Eto peşəkar futbolçu karyerası ərzində “Leqanes”, “Real”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor” və digər komandalarda çıxış edib. O, Kamerun millisində 118 oyun keçirib və 56 qola imza atıb.

Oxşar xəbərlər
Kamerunda 60-dan çox futbolçu "lipa" çıxdı
Eto'Onun istefası qəbul olunmadı
Samuel Etoya görə FİFA-ya müraciət olundu
Eto’o Harvardda təhsil alacaq
Millinin sabiq hücumçusu karyerasını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası