reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"da mərakeşli futbolçu -Transfer


“Qarabağ” növbəti transfer çalışmasını yekunlaşdırıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu Semmi Mmae ilə anlaşıb.

Zaqreb “Dinamo”sunun stopperi artıq Bakıdadır. Mərakeş əsilli belçikalı bu gün tibbi baxışdan keçəcək. Sağlıq durumunda bir problem aşkarlanmasa, günün ikinci yarısında rəsmi açıqlama veriləcək.

28 yaşlı mərkəz müdafiəçisi ötən yay “Dinamo”ya Macarıstan “Ferentsvaroş”undan azd agent kimi keçib. “Gent”in yetirməsi Belçikada həmçinin “Standard” və “Sent Trüden”in şərəfini qoruyub. Niderland “Maatstrixt”ində də oynayan Mmaenin zaqreblilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 400 min avrodur.

Mmae artıq bir dəfə Bakıda olub. O, 2022-ci il avqustun 3-də “Qarabağ”ın “Ferentsvaroş”la heç-heçə (1:1) etdiyi görüşdə qonaqların start heyətində meydana çıxıb.(sportinfo)

Oxşar xəbərlər

Julio Romao Macarıstan klubunda - RƏSMİ
Nabi Keyta "Ferentsvaroş"da - RƏSMİ
“Qalatasaray”da daha iki transfer
“Neftçi“dən daha bir transfer - SON DƏQİQƏ
"Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər