Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İçki sabiq ulduz futbolçunu məhv edəcək -qəza törətdi
İngiltərə millisinin sabiq kapitanı və "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Pol İns içkili halda avtomobil idarə etdiyi üçün həbs olunub.
Sportfm.az xəbər verir ki, 57 yaşlı veteran futbolçu Britaniyanın Çeşir qraflığında qəza törədib.
Onun idarə etdiyi "Range Rover" yolayırıcı səddə çırpılıb. İnsə qarşı içkili halda maşın sürmə ittihamı irəli sürülüb. O, girov müqabilində azadlığa buraxılıb və iyulun 18-də məhkəmədə cavab verəcək.
Qeyd edək ki, Pol İns İngiltərə millisində 53 oyuna 2 qol vurub. Klub səviyyəsində isə o, "Vest Hem", "Mançester Yunayted", "Liverpul", "Midlsbro", "Vulverhempton" və İtaliya "İnter"ində 600-dən çox oyun keçirib. 2006-cı ildə məşqçilik karyerasına başlamış İnsin son iş yeri 2023-cü ildə tərk etdiyi "Redinq" olub.

Oxşar xəbərlər
“Mançester Yunayted” “Tottenhem”ə uduzdu - Premyer Liqa
Yığmanın sabiq futbolçusu saxlanıldı
Bu məşhur idmançının günahı sübut olunarsa, 20 illik həbs olunacaq
Millinin sabiq hücumçusu içkili yaxalandı
Millinin sabiq futbolçusu 15 ay həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası