reklam
AFFA azarkeşlərə müraciət etdi
Sportfm.az xəbər saytı

AFFA azarkeşlərə müraciət etdi


AFFA Azərbaycan – Macarıstan yoldaşlıq oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Sportfm.az xəbər verir ki, müraciətdə bildirilib ki, iyunun 10-u "Liv Bona Dea"da keçiriləcək oyuna azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq.

Avtobuslar saat 18:00-dan 18:30-dək “Koroğlu” metrostansiyasının hava limanı istiqamətindəki çıxışından (piramida formalı çıxış) stadion istiqamətində fəaliyyət göstərəcək.

Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər. Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin “Koroğlu” metrostansiyasına geri daşınmasını təmin edəcək.

Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Kubokun finalında azarkeşlər üçün müjdə
"Qarabağ" azarkeşlərə pulsuz avtobus ayırdı - Yenə
Azarkeşlər "Dalğa Arena"ya ödənişsiz gedəcəklər
"Qarabağ" azarkeşlərini unutmadı
"Qəbələ"dən azarkeşlərə böyük jest

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər