Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
ASK Arenada "Fair Play" matçı keçirildi -FOTO, VİDEO
Bu gün saat 17.00-da ASK Arenada futbolun bütün iştirakçıları arasında “Fair Play Matçı” baş tutub.
Sportfm.az xəbər verir ki, matçda peşəkar, veteran, həvəskar, hakimlər, qadınlar və əlil futbolçulardan ibarət qarışıq heyətlərin iştirak edib.
Bu oyunun əsas məqsədi “Futbolun hamı üçün” və “Futbolda ədalətli oyun” mesajlarını vermək olub.
Bu matç həmçinin Azərbaycan futbol tarixinin unudulmaz siması, dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illiyi və bu il dünyada ilk dəfə qeyd edilən “Beynəlxalq Ədalətli Oyun Günü”nə həsr edilib.
Matç “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı, Böyük Britaniyanın Bakıdakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Neftçi” peşəkar futbol klubunun dəstəyi və tərəfdaşlığı ilə keçirilib.
Qeyd edək ki, bu tədbir “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin 2025-ci ildə həyata keçirdiyi “Tofiq Bəhramov – 100” Ədalətli Oyun İrsin” layihəsi çərçivəsində təşkil olunur.
Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old da çıxış edib.

Oxşar xəbərlər
Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edildi
Tarixdə yeganə azərbaycanlı - əsrin qərarı
Qurban Qurbanov beynəlxalq mükafata layiq görüldü
UEFA "Fair Play"ə hansı ölkələri layiq gördü?
MOK-un vitse-prezidenti Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası