reklam
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı


Azərbaycan boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə qələbə ilə start verib.

Sportfm.az xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan idmançı 1/8 finalda qazaxıstanlı Almaz Nurlanı 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Hümbətov növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da baş tutacaq.

Azərbaycan millisi martın 9-da başa çatacaq yarışa 3 oğlan, 4 qız boksçu ilə qatılıb.

Oxşar xəbərlər

Azərbaycan boksçusu qələbə ilə başladı - Dünya Olimpiya Təsnifat Turniri
Daha 2 boksçumuz mərhələ adladı
Hüseynov lisenziya turnirinə qələbə ilə başladı
Daha 3 boksçumuz Avropa çempionatında qələbə qazandı
Zidan Hümbətov 1/4 finalda - Avropa birinciliyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər