Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qran-Pridə üçhakimiyyətlilik
İsveçrənin Cenevrə şəhərində FIDE Qran-Prisinin üçüncü mərhələsinin altıncı turunun beş partiyası şahmatçılardan birinin qələbəsi ilə başa çatıb.
Sportfm.az xəbər verir ki, Yan Nepomnyaşşiy Ernesto İnarkiyevi (hər ikisi Rusiya) məğlub edib, Aleksandr Ryazantsev (Rusiya) Rixard Rapporta (Macarıstan) qalib gəlib. Li Çao (Çin) Pavel Elyanovu (Ukrayna) məğlub edib, Hou İfan (Çin) Saleh Salemdən (Birləşmiş Ərəb Əmirlikləri) güclü çıxıb.
Mərhələnin liderləri olan qrossmeyster Teymur Rəcəbov (Azərbaycan) və Aleksandr Qrişşuk (Rusiya) görüşü heç-heçə başa vurublar. Nəticədə turnir cədvəlində üçhakimiyyətlilik yaranıb. Levon Aronyanı (Ermənistan) məğlub edən Pentala Harikrişna (Hindistan) altı turdan sonra dörd xal qazanıb.
Şəhriyar Məmmədyarov (Azərbaycan) Pyotr Svidlerlə (Rusiya), Dmitri Yakovenko (Rusiya) Aniş Giri (Hollandiya) ilə oyunu heç-heçə başa vurub. Nəhayət, Boris Gelfand (İsrail) Maykl Adamsla (Böyük Britaniya) oyunu heç-heçə qurtarıb.
Teymur Rəcəbov, Aleksandr Qrişşuk, Pentala Harikrişna altı turdan sonra hər biri dörd xal toplayaraq digər şahmatçılardan irəlidədir. Onlardan sonra hər biri 3,5 xalla Şəhriyar Məmmədyarov, Pyotr Svidler, Yan Nepomnyaşşiy və Li Çao ardıcıl olaraq gəlir.
Yeddinci turda şahmat lövhəsində Pentala Harikrişna – Aleksandr Qrişşuk, Teymur Rəcəbov – Pyotr Svidler, Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşşiy, Aleksandr Ryazantsev – Li Çao, Aniş Giri – Levon Aronyan, Maykl Adams – Dmitri Yakovenko, Hou-İfan – Boris Gelfand, Pavel Elyanov – Saleh Salem, Ernesto İnarkiyev – Rixard Rapport görüşəcək.
Cenevrə mərhələsi iyulun 15-də başa çatacaq.
Oxşar xəbərlər
Teymur Rəcəbov İspaniyada heç-heçə ilə başladı
Teymur Rəcəbov bütün rəqiblərini arxada qoydu
Qrossmeysterimiz ardıcıl 2-ci dəfə “Shamkir Chess-2017” superturnirini qazandı!
Shamkir Chess-2017: 8-ci tur bitdi
Şəhriyar Məmmədyarov liderliyi qoruyur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.jpg)











Misli Premyer Liqası