reklam
Sportfm.az xəbər saytı

"Şamaxı"nın futbolçusu cəzalandı


AFFA "Şamaxı"nın fubolçusu Brahim Konateni 1 oyunluq cəzalandırıb.

Sportfm.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.

Misli Premyer Liqasının 9-cu turunun “Səbail”lə matçının 63-cü dəqiqəsində Konate ikinci sarıdan qırmızı vərəqə alıb. Buna görə də 28 yaşlı yarımmüdafiəçi 1 oyunda komandasına kömək edə bilməyəcək.

Həmçinin "Şamaxı" futbolçusuna görə 500 manat cərimələnib.

Qeyd edək ki, sözügedən oyunda "Səbail" 2:0 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

AFFA Naxçıvan klubunu cərimələdi
AFFA klubları cərimələdi - QƏRAR
"Şamaxı"nın baş məşqçisi cəzalandırıldı - Qərar
“Kəpəz”ə xəbərdarlıq edildi - Qərar
“Sumqayıt” tərcüməçisinə görə cərimə olundu - QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər