Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
11-dən 10-a keçdi -söz-söhbət yatdı
Bu yay "Barselona"ya mümkün keçidi ilə bağlı şayiələrə baxmayaraq, Niko Uilyams "Atletik"də qalmağa qərar verib.
Sportfm.az xəbər verir ki, o, hətta Bilbao klubunda forma seçimini də edib.
Klubun mətbuat xidmətinin paylaşdığı videodan aydın olur ki, yarımmüdafiəçi forma nömrəsini dəyişib. O, cümə axşamı "Xetafe" ilə qarşılaşmada "10 nömrə"ni geyinəcək.
Bu nömrəni əfsanəvi kapitan İker Munyain, habelə Fransisko Yeste, Aytor Larrasabal kimi məşhur oyunçular geyiniblər. Bu arada, Uilyams sahibi olduğu "11 nömrə"ni Alvaro Caloya təhvil verib.
21 yaşlı Uilyams son çempionatda "Atletik"də 37 matçda 8 qol və 19 məhsuldar ötürmə ilə parlaq mövsüm keçirib. Vinger həmçinin İspaniya millisi ilə AÇ-2024-ün qalibi olub. Onun klubla 2027-ci ilə qədər müddətə müqaviləsi var.

Oxşar xəbərlər
ABŞ-lı basketbolçu “Sabah”da
Şahruddin nömrə seçimini etdi
28 illik rekordu təkrarladı - 246 oyuna çıxmaqla
Bilbao klubundan böyük hesablı qələbə
İnyaki İspaniyada yeni rekorda imza atdı - Uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

_1694603125.png)

Misli Premyer Liqası