reklam
AFFA rəhbərliyində fikir ayrılığı -
Sportfm.az xəbər saytı

AFFA rəhbərliyində fikir ayrılığı -Baş məşqçi postuna 2 namizəd


Mayın 13-də AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısı keçiriləcək.

Sportfm.az xəbər verir ki, iclasın gündəliyi federasiyanın rəsmi saytı vasitəsilə açıqlanıb. Buradan görünür ki, millinin yeni baş məşqçisinin kimliyi ilə bağlı məsələ müzakirə pridmeti olmayacaq. Hər halda Canni De Byazinin sələfinin kimliyini müəyyənləşdirmək barədə polemikadan orada danışılmır.

Bunun nəyi belə olması artıq bizə bəllidir. Redaksiyamıza verilən informasiyaya görə, yığmanın çalışdırıcısı ətrafında gedən məsləhətləşmələr uzanır.

Daha doğrusu, AFFA rəhbərliyində fikir ayrılığı yaranıb. Əgər 2004-cü ildən vitse-prezident postunu tutan Elşad Nəsirov Stefan Kuntsun namizədliyinin üzərində dayanıbsa, aprelin 2-də qurumun prezidenti seçilmiş Rövşən Nəcəf almaniyalının təyinatını dəstəkləmir.

O, millinin slovakiyalı Vladimir Vayssa tapşırılmasını istəyir. Bu səbəbdən millinin yeni çalışdırıcısının adı iyunadək uzana bilər. (sportinfo.az)

Oxşar xəbərlər

İcraiyyə Komitəsinin bugünkü qərarları
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşdü - FOTO
AFFA-ya yeni prezident seçildi
AFFA-nın növbəti Konfransının gündəliyi açıqlandı
AFFA-da İcraiyyə Komitəsinin fövqəladə iclası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər