reklam
Dünya çempionu da pula tamahlandı
Sportfm.az xəbər saytı

Dünya çempionu da pula tamahlandı


"Tottenhem"in qapıçısı Uqo Lyoris karyerasını okeanın o tayında davam etdirməyə yaxındır.
Sportfm.az xəbər verir ki, ABŞ təmsilçisi, MLS-də çıxış edən "Los-Anceles" onu heyətinə qatmağa yaxındır. Tərəflər danışıqların yekun mərhələsindədir. Bu barədə "X" sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, “Tottenhem” artıq 37 yaşlı qolkiperin Amerika klubuna transferinə razılıq verib. Daha əvvəl mətbuatda fransalı futbolçunun İngiltərənin "Nyukasl" klubuna keçə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Xatırladaq ki, Lyoris bu mövsüm “Tottenhem”in start heyətində yerini, keçən yay kluba qoşulan Quglielmo Vikarioya uduzub. Qapıçı 2023/2024 mövsümündə bir dəqiqə belə meydanda olmayıb.

O, 2012-ci ildən "mahmızlar"da çıxış edir. Bu müddət ərzində 444 qarşılaşmada iştirak edib, bunun 151-də qapını toxunulmaz saxlayıb. Fransa millisinin üzvü 2018-ci ildə keçirilən dünya çempionatının qalibi olub.

Oxşar xəbərlər

Məşhur qapıçı karyerasını bitirir
Rişarlison komandasını uzun müddət tək qoyacaq - Zədə
“Tottenhem”dən daha bir oyunçu “Qalatasaray”da
Dmitri Nazarovun yeni klubu
"Beşiktaş" ispaniyalı qapıçı transfer edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər