reklam
Fərrux Mahmudovun
Sportfm.az xəbər saytı

Fərrux Mahmudovun "Kamil" əsəri -BATAN GƏMİ


“Neftçi”nin respublika stadionunda “Qarabağ”a qarşı əzik, qorxaq futbolunu seyr etdiniz də! Oyun haqqında ayrıca danışacam. İndi gələk “Neftçi”nin niyə bu günlərə qalmasına!
Klubda hesabatlılıq, maliyyə şəffaflığı, doğru idarəçilik konsepsiyası, futbol adamları və ən əsası uğura inam yoxdur. Paytaxt klubunda sadəcə özlərini hamıdan ağıllı sayan, bu boyda flaqmanın açarlarını işi bilməyən yaxın dostlarına etibar edən bir dəstə “Neftçi”ni məhvə sürükləyir. Sanki hamısı Çingiz Abdullayevdən bəhrələniblər.
İşləri-gücləri komandanın ümumi performansının, idman nailiyyətlərinin və nüfuzunun yaxşılaşdırılmasına deyil, yalnız kimlərinsə büdcəsinin genişlənməsinə yönəlmiş transfer əməliyyatları, bayağı informasiya və piar strategiyası, həyat fəlsəfəsi öz marağı olan, prioritetsiz, heç bir işə yaramayan faydasız departamentlər. Ancaq öz dost- tanışlarını, qohum- əqrabalarını, yaxınlarını və əqidə partnyotlarını kluba cəlb edən "innovativ" adamlar. Guya onlar proqressivdir, rusdillidir, ağıllı və savadlı, həm də dünyagörüşü hamıdan üstündürlər. Əmin olun, bu gün Neftçidə işləyən adamların 90 faizi futbolu peşəkar bir klubda işləyəcək səviyyədə qavramırlar. Bu komandada futbola aidiyyatı olmayan menecerlər, konsultantlar, influencerlər, blogerlər, rejissorlar, aktyorlar, prodüserlər, aparıcılar, operatorlar, kolleksionerlər işləyir. Futbolun özünü nəzəri cəhətdən mənimsəmiş bir nəfəri belə bu kluba yaxın buraxmırlar.
“Neftçi”heç nə yolunda getmir. Bu gün klub rəhbərliyində bir nəfər belə bu klubun ciddi uğurlar qazanacağına əmin deyil. Ola bilər ki, bu şəxslər hamısı bundan əvvəlki iş yerlərində vizyonlu, ambisiyalı, uğurlu, çalışqan, səmərəli iş əmsalı olan adamlar olublar. Futbolla bağlı ümumi təsəvvürləri isə sıfır səviyyəsindədir.
Buranı holdinglə, marketing platforması, televiziya kanalı və basketbol federasiyası ilə səhv salıblar.
Çıxıb hədəfimiz "ölkə kuboku və çempionluq" deyirdilər, ancaq hesabat xarakterli oyunda da heç bir müqavimət sərgiləyə bilmədiniz. Hansı ki, rəqib hazırda UEFA Avropa Liqasının səkkizdə bir finalına çıxmaq üçün növbəti rəqiblə qarşılaşacağı günü gözləyir. Və sizinlə qarşılaşmalar onlar üçün nə turnir cədvəli baxımdan, nə statistik anlamda, nə də futbol əxlaqına görə hansısa bir prinsipiallıq kəsb etmir. Sizin üçün isə bu oyunun yalnız bir mənası var idi. Qələbə qazanıb liderlə aradakı xal fərqini yeddiyə endirmək. Onu da bacara bilmədiniz. Başqa heç nə. Azarkeşlərin belə motivasiyasız, çarəsiz və mənəvi rahatsızdır. Ay kimlərinsə qazanc yerinə, əlində alətə çevrilən 17 milyonluq “Neftçi”, eşidirsən?!
Xarici idman direktorunu, rumın məşqçiləri, 50 dənə "rəhbər" şəxsi , bir ton biabırçı legioneri ona görə kluba yığmısız ki, 17 turdan sonra liderdən 13 xal geri qalasız?
Susan Fərrux Mahmudov, nə fikirləşirsiz? “Qarabağ”la oyuna baxırdız?! Suallarımızı kimə ünvanlayaq, daha sizdə danışmırsız!!!
Sonuncu dəfə “Qarabağ”a qalib gələndə baş məşqçi Samir Abasov idi, 10 oyundur qalibiyyət üzünə həsrət qalmısız! Bu qədər pul “Qarabağ”a biabırçı şəkildə məğlub olmaq üçün xərclənib?!
Azarkeşlərin rəyləri əsasında Zeynəb

Oxşar xəbərlər

Yerlərdə sürün(dürülən)ən "Neftçi" - Sonun əvvəli
Emin Qaraya deyib ki...
Elxan Abdullayev:"Heç vaxt uduzmağa görə peşman olmuram"
"Neftçi"dən açıqlama:"Koordinatora ehtiyac görmədik"
“Neftçi” müraciət etdi - "İslahatlara əl atmağa hazırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər