reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" 1/8 finalda -Azərbaycan Kuboku


"Kəpəz" Azərbaycan Kubokunun 1/8 finalında "Sabah"a rəqib olub.
Sportfm.az xəbər verir ki, Gəncə təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq" klubunu mübarizədən kənarlaşdırıb.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. "Sarı-göylər" əlavə vaxdat iki cavabsız qol vuraraq mərhələ adlayıb.

Günün başa çatan ilk görüşündə "Qaradağ Lökbatan" "Şahdağ Qusar"ı minimal hesabla üstələyib - 1:0.

"Kür-Araz" - "Araz-Naxçıvan" görüşü saat 15:00-da başlayıb və Naxçıvan təmsilçisi 1:0 hesabı ilə öndədir. Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları dekabrın 30-da reallaşacaq.

Oxşar xəbərlər

Azərbaycan kubokunda son 1/8 finalçılar müəyyən oldu
Bu gün 4 oyun keçiriləcək - Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsinin oyun cədvəli - Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsinin bütün cütləri - Azərbaycan Kuboku
Kubokda 1-ci təsnifat mərhələsinə yekun vurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər