reklam
Süleymaninin büstünə görə çempiona sərt cəza
Sportfm.az xəbər saytı

Süleymaninin büstünə görə çempiona sərt cəza


Asiya Futbol Federasiyasının İcraiyyə Komitəsi Asiya Çempionlar Liqasında ləğv edilən "Sepahan" - "Əl-İttihad" matçı ilə bağlı qərar qəbul edib.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, İran çempionuna texniki məğlubiyyət verilib. Buna "Sepahan"ın stadionunda oyun öncəsi iranlı general Qasım Süleymaninin büstünün qoyulması səbəb olub.
"Sepahan" eyni zaman 200 min dollar məbləğində cərimələnib və ÇL-də ilk 3 matçını öz stadionunda keçirməyəcək.
Qeyd edək ki, matç oktyabrın 2-i İsfahandakı (İran) “Nəqş-e Cahan” stadionunda keçirilməli idi. “Əl İttihad” meydanın kənarında qoyulmuş büstə görə oyuna başlamaqdan imtina edib. Səudiyyə Ərəbistanı mediasına görə, “Əl-İttihad” “futbolla heç bir əlaqəsi olmayan siyasi elementlər”in olması səbəbindən meydana çıxmayıb və görüş ləğv olunub.

Oxşar xəbərlər

"Zirə" oyuna çıxmadı, AFFA kluba məğlubiyyət verdi
1/8 finalın püşkü atıldı - Asiya Çempionlar Liqası
Kante “Əl-İttihad”a keçdi – RƏSMİ
Ərəblər 15 milyon dollar təzminat ödəyəcəklər
Biliç vəzifəsindən göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər