reklam
Sportfm.az xəbər saytı

"Hədəfimiz "Neftçi"ni məğlub etməkdir" -Şenol Güneş


“Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçlar haqqında danışıb.
Sportfm.az xəbər verir ki, mütəxəssis Bakı təmsilçisinə qalib gələrək mərhələ adlamaq istədiklərini deyib: “Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətdə oyayacağına dair zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Superliqa matçına hazırlaşacağıq. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Bakcell Arena”da olacaq. İstanbul təmsilçisi Superliqanın 1-ci turunda avqustun 14-də “Fatih Karagümrük”lə qarşılaşacaq.

Oxşar xəbərlər

Şenol Günəş istefa verdi
“Neftçi”dən bu qədər - Mübarizəni dayandırdı
"Beşiktaş" - "Neftçi" matçının başlama saatı dəyişdirildi - Konfrans Liqası
“Neftçi” – “Beşiktaş” matçının biletləri satışda
Cenk Tosun "Neftçi" ilə oyunda meydana çıxmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər