reklam
Naxçıvanlılar Türkiyəyə gedəcək
Sportfm.az xəbər saytı

Naxçıvanlılar Türkiyəyə gedəcək


Yeni mövsümün hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” və “Kəpəz” bu gün yoxlama oyunu keçirəcək. Premyer Liqa komandaları Mərdəkandakı “Dalğa Arena”da üz-üzə gələcək.
Sportfm.az xəbər ki, gəncəlilərin heyətində dəyişiklik yoxdur. Komanda daha iki legionerin yolunu gözləyir. Onların mövsümün startına kimi komandaya qoşulması mümkündür.
Naxçıvanlılar da yerli oyunçu transferini yekunlaşdırıb. Komandaya daha 2-3 əcnəbinin gəlməsi ehtimalı var. Güman ki, bu, Türkiyə toplanışı zamanı reallaşacaq. Çünki “Araz-Naxçıvan” sabah qardaş ölkəyə yollanır. Komandanın ayın sonunadək hazırlıq keçməsi və iki yoxlama matçı oynaması planlaşdırılır.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” qələbə qazandı - Yoxlama oyunu
“Araz-Naxçıvan” özünə yeni rəqib tapdı
“Araz-Naxçıvan” “Turan Tovuz”la qarşılaşacaq - Yoxlama oyunu
"Araz-Naxçıvan"ın Qəbələ toplanışı yekunlaşdı
"Turan Tovuz" "Araz Naxçıvan"a qarşı - Yoxlama matçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər