Bu günün qalibləri bəlli oldu -Dünya çempionatı
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
Sportfm.az xəbər verir ki, döyüşlərin yekununa əsasən yarışda daha 3 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Kişilər arasında 80 kq çəki dərəcəsində finalda Simone Alessio (İtaliya) Karl Alan Nikolasla (ABŞ) üz-üzə gəliblər. İtaliyalı taekvondoçu qalib gələrək qızıl medala yiyələnib. Nikolas ikinci yerdə qərarlaşdığı halda, Seif Eyissa (Misir) ilə Migel Treyos (Kolumbiya) bürünc medala layiq görülüblər.
87 kq-da mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub. Gümüş medalı İvan Sapina (Xorvatiya), bürünc mükafatları Artyom Plonis (Dünya Taekvondosu) və Arian Salimi (İran) qazanıb.
Qadın taekvondoçuların 49 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak Vongpattanakiti (Tailand) məğlub edib. 3-cü yeri Bruna Duvançiçi (Xorvatiya) və Adriana Serezo İqlesias (İspaniya) tutublar.
Bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Oxşar xəbərlər
Türk taekvondoçu dünya çempionu oldu - Bakıda
Daha üç taekvondoçumuz medalsız qaldı - Dünya çempionatı
Azərbaycan növbəti medalı təmin etdi - İslamiada
Para Cüdo üzrə Respublika Çempionatı keçirildi - FOTO
Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" bölgə klubuna uduzdu - Yoxlama oyunu
-
Nəriman ABŞ-dan geri döndü - Türkiyədə oynayacaq
-
"Kəpəz" yeni transferini açıqladı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Avrokuboklarda sarı vərəqə qaydasını dəyişdi - QƏRAR
-
Torresdən transfer açıqlaması - "Hər cür ssenariyə hazır olmalıyam"















Misli Premyer Liqası