Azərbaycan kubokunun qalibi mükafatlandırıldı -FOTO
Futzal üzrə Azərbaycan kubokunda “Neftçi” İK ilə “Baku Fire” arasında keçirilən final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqov, federasiyanın əməkdaşı Xosrov Məmmədov təqdim ediblər.
Əvvəlcə final matçını idarə etmiş hakimlərə və hakim-inspektora diplomlar verilib. Final görüşünün ən yaxşı oyunçusu “Baku Fire” klubun qapıçısı Elnur Zamanov seçilib. “Neftçi”yə finalın iştirakçısı olduğuna, “Baku Fire” komandasına isə qalib gəldiyinə görə medallar təqdim olunub. AFF-nin vitse-prezidenti Elşən Abasov Azərbaycan kubokunu “Baku Fire” komandasına təqdim edib.
Oxşar xəbərlər
Qalibləri mükafatlandırıldı - FOTO
1/8 finalın bütün iştirakçıları bəlli oldu - Azərbaycan Kuboku
“Zirə” Super Liqanın qalibi oldu - FOTO
“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
"Qarabağ" qaranlıq zaldakı mükafatlandırmaya gəlmədi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası