Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Napoli"nin yeni baş məşqçisi məlum oldu
"Napoli" rəhbərliyi ilə komandanın baş məşqçisi Luçano Spaletti arasında ciddi mübahisə yaşanıb.
Sportfm.az xəbər verir ki, neapolluları 30 ildən sonra çempion edən mütəxəssis mövsümün sonunda klubu tərk edəcək.
Artıq yeni baş məşqçinin adı da dəqiqləşib. İtaliya nəhənginin prezidenti Aurelio De Laurentis hazırda "Atalanta"nın sükanı arxasında olan Gian-Pyero Qasperinini yeni baş məşqçi postuna gətirəcək. 65 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanacaq və ona 4 milyon avro maaş veriləcək.
Berqamo təmsilçisi isə Qasperinini "Torino"nun çalışdırıcısı İvan Yuriçlə əvəzləyəcək.
Oxşar xəbərlər
İtalyanlar "Maradona"nı tərk edir
“Napoli” Kvaratsxeliyaya yeni müqavilə təklif etdi
"Ayaks"ın yeni baş məşqçisi məlum oldu - Alfred Sxreder
Klub prezidenti futbolçuları “əsir” etdi
"Keşlə"nin yeni çalışdırıcısı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası