Sabiq futbolçular deputat seçildi -Türkiyədə
Türkiyədə keçirilən parlament seçkilərində keçmiş futbolçuların da namizədliyi irəli sürülüb.
Sportfm.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvləri Alpay Özalan AK partiyadan, Saffet Sancaklı MHP-dan, Ünal Karaman ise İYİ partiyasından millət vəkili seçilib.
Alpay Özalan artıq ikinci dönəmdir ki, Böyük Millət Məclisində olacaq. O, partiya siyahısı ilə parlamentdə təmsil olunacaq. Alpay 2018-ci ildə keçirilən seçkilərdə doğulduğu İzmir şəhərindən deputat seçilmişdi.
Saffet Sancaklı Kocaeli, Ünal Karaman isə Konyadan millət vəkili seçilib.
Türkiyə millisinin keçmiş üzvü Gökhan Zanın (İYİ Partiya), Hataydan namizədliyi irəli sürülsə də, millət vəkili seçilə bilməyib. Keçmiş futbol hakimi Kuddusi Müftüoğlunun (AK Partiya) Antalyadan, Türkiyə taekvondo millisinin üzv İrem Yamanın isə (CHP) Ankaradan namizədliyi irəli sürülüb. Onlar da seçkilərdə qalib gələ bilməyib.
Oxşar xəbərlər
Millət vəkili Azərbaycan millisini "yıxdı-sürüdü"
İranlı azarkeşlərdən Azərbaycana xəyanət – Millət vəkili etiraz etdi
Göyçayda futbol festivalı keçirildi - FOTO
Millət vəkili "Qarabağ"a görə 3 saat 50 dəqiqə növbədə qaldı
Qənirə Paşayeva:”Sağlam ruhun olduğu bədən sağlamdır” - ÖZƏL, VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası