Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millət vəkili Azərbaycan millisini "yıxdı-sürüdü"
Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunda Bakıda Estoniya yığması ilə 1:1 hesablı heç-heçə edib.
Sportfm.az xəbər verir ki, oyundan sonra deputat Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib. O, milli komandanı ruhsuz və iradəsiz adlandırıb:
“Estoniya ilə görüşdə gözləntimiz məğlubiyyət idi. Şükür, heç-heçə oldu. Ruhsuz, iradəsiz, təsadüfə ümid bəsləyən bir milli komanda. Meydançada oynayanların çoxu azərbaycanlıdır və Azərbaycan adına oynadıqlarını dərk etməlidirlər. Sən fədakarlıq et, uduzsan da, tamaşaçı fədakarlığını alqışlayacaq. De Byazinin boynuna atmağa çalışmayın. Bir gün vaxt vardı. Məşqdən də önəmli dünən oturub kollektiv şəkildə Ermənistan millisinin oyununu seyr etmək lazım idi. Sadəcə Ermənistan adına oynayan insanların məsuliyyət və əzmkarlığını dərk etmək baxımından vacib idi. Hələ Xorvatiyanı demirəm. Türkiyə yığması da xorvatların oyununu izləməliydi. Öyrənmək üçün. Onsuz da xorvatlar Türkiyədə qalib gəlib dərs vermişdilər, “ay-ulduzlular” Latviya ilə oyunda özlərindən o qədər müştəbeh idilər ki, təsadüf olmasaydı, son dəqiqədə heç-heç ilə sevinəcəkdilər. Hələlik hər ikisi də məyusedici bir komandadır”.

Oxşar xəbərlər
Qızlarımızdan biabırçı məğlubiyyət
Yığmamız Macarıstanla heç-heçə etdi - Avropa çempionatı
Türkiyə millisi Ermənistana qarşı - AVRO-2024
Türkiyə Xorvatiyanı səfərdə məğlub etdi - AVRO-2024
Estoniya - Azərbaycan oyununun stadionu məlum oldu - AVRO-2024
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası