Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" Belçika klubunu məğlub edib, "Dinamo" Zaqrebi "gözləyir" - VİDEO
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində qrup mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, A qrupunda çıxış edən "Qəbələ”nin U-16 komandası III turda Belçika "Gent”i ilə görüşüb. Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Təbriz İsazadənin qolu "qırmızı-qaralar”a 3 xal qazandırıb. İlk turda İtaliya "İnter”inə (1:2), ardınca Tiflis "Dinamo”suna (1:6) məğlub olan "Qəbələ” 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Bir günlük istirahətdən sonra aprelin 24-də keçiriləcək qarşılaşmada Şəhruz Mustafayevin yetirmələri Xorvatiya "Dinamo”su (Zaqreb) ilə görüşəcək.
Xatırladaq ki, ilk iki oyunda komandamızın qollarına müvafiq olaraq Məhəmməd Məhərrəmov və Rüstəm Nuruyev imza atıblar.
Oxşar xəbərlər
"Qəbələ" 9-cu oldu, Mirzəyev mükafata layiq görüldü - FOTO
“Qəbələ” Gürcüstanda qələbə qazandı
"Porto" Azərbaycan klubuna 4 qol vurdu
"Qəbələ"nin "Udineze"yə "gücü çatmadı"
Komandamız "Dinamo" Tbilisini məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası