reklam
“Qəbələ” Gürcüstanda qələbə qazandı
Sportfm.az xəbər saytı

“Qəbələ” Gürcüstanda qələbə qazandı


“Qəbələ” futbol akademiyasının U-15 və U-13 komandaları Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşlərini başa vurub və Vətənə qayıdıb.

Sportfm.az xəbər verir ki, ilk matçda 1:2 hesabı ilə məğlub olan U-15 cavab oyununda iki cavabsız qolla qələbə qazanıb. Fərid Kələntərov və Sərxan Mirzəzadə rəqib qapısına yol tapıblar. 

U-13 də eyni hesabla qalib gəlib. Qollara Cuma Hüseynov və Həsən Nəzərli imza atıblar. Komanda əvvəlki oyunda da "Dinamo"nu məğlub etmişdi - 3:2. 

Qeyd edək ki, "Qəbələ" və "Dinamo" arasındakı qarşılıqlı razılığa əsasən, mövsümdə bir dəfə hər klub digərinin iki komandasını bazasında qonaq edir və müştərək toplanış keçir.

Oxşar xəbərlər

"Qəbələ"dən 5 cavabsız qol
"Qəbələ"dən 14 cavabsız qol gəldi
“Qəbələ” Türkiyə klubuna 6 cavabsız qolla qalib gəldi
“Qəbələ” futbol klubu Tbilisi “Dinamo”su ilə yoldaşlıq oyunu keçirəcək
U-16-dan böyükhesablı səfər qələbəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər